Ganjlik Garden Residence — paytaxtın tam mərkəzində yerləşən premium-klass klub evidir. 18 hektarlıq nəhəng parkın qonşuluğunda ucalan layihə, bir-birini tamamlayan iki 7 mərtəbəli binadan ibarətdir. Mərkəzi yerləşməsi, yaşıllıqlarla əhatə olunması, klub formatı və unikal planlaşdırma həlləri layihəni həm eksklüziv, həm də investisiya baxımından cəlbedici edir.
Layihənin əsas üstünlükləri:
• Panoram mənzərələr — parka açılan geniş vitraj pəncərələr
• Mənzillər — 97.2 m²-dən 400 m²-ə qədər, tavan hündürlüyü 4 metr
• İki səviyyəli penthauslar — tavan hündürlüyü 6.5 metr
• İnfrastruktur — butiklər, kinoteatr, kafe və restoranlar
• Geniş və dəbli lobbi — 24/7 resepsiya və konsyerj xidməti
• Wellness — Fitnes, SPA zonaları, qapalı və açıq hovuzlar



















